IQNA

Şiəşünaslıq üzrə mütəxəssis açıqladı:

Quran və Sünnənin ziyarət barədə baxışları / İmam Hüseyn (ə) zəvvarları ilə düşmənçiliyin fəlsəfəsi

17:12 - May 23, 2015
Xəbər sayı: 3306828
İQNA: Vəhabilər ziyarətin özündə də digər müsəlmanlarla ixtilaflı fikrə sahib olduqlarından əlavə, bir-neçə məsələyə görə İmam Hüseynin (ə) ziyarəti ilə bağlı da ciddi problemləri və düşmənçilikləri vardır və bunu şirk sayırlar.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): "ŞƏBİSTAN"-nın "Təfəkkür" qrupunun verdiyi məlumata görə, Şəbaniyyə bayramları - İmam Hüseyn (ə), İmam Səccad və Həzrət Abbasın (ə) mübarək viladətləri münasibətilə, "Şiəşünaslıq" üzrə mütəxəssis Höccətul-İslam vəl-müslimin Hüseyn Kəraməti bizim müxbirimiz ilə müsahibəsində Quran və Sünnənin ziyarətə baxışını və vəhhabilərin İmam Hüseyn (ə) zəvvarları ilə düşmənçiliyin fəlsəfəsini açıqladı:



ŞƏBİSTAN Xəbər Agentliyi: Öz münhərif fətvaları ilə İslam cəmiyyətində ciddi mənəvi boşluq yaradan vəhabilərin İmam Hüseyn (ə) ziyarəti barədə baxışları necədir və onlar nə üçün bu ziyarəti şirk adlandırırlar? Bunun üçün onların şəriətə əsaslanan dəlilləri də vardırmı?



Hüseyn Kəraməti: Vəhabilər təkcə İmam Hüseyn (ə) ziyarəti deyil, bəlkə ümumiyyətlə ziyarətlə problemləri vardır. Amma üz-üzə və TV-lərdə təbliğ zamanı əsasən İmam Hüseynin (ə) ziyarətini hədəfə alırlar. Əslində isə bu nəzəriyyənin (ziyarətin şirk olması) sahibi olan İbn Teymiyyə "ziyarət üçün səfər"i doğru hesab etmir və "fətvalar məcmusəi"nin 27-ci cildinin 80-cı səhifəsində deyir: "Əgər bir kəs ziyarət səfəri nəzir etsə, bu nəziri yerinə yetirmək vacib deyil, çünki ziyarət səfərini şəriət qadağan etmişdir".



Onlar bu məsələni əhl-sünnə hədis qaynaqlarında gələn bir hədisə istinad edirlər ki, bu baxış da İbn Teymiyyənin bu hədisi səhv anlamasından irəli gəlir.



Bu hədisə Peyğəmbər (s) buyurur: "Üç məsciddən başqa bir məscid üçün səfər yükü bağlamayın: Məscidul-Haram (Kəbə), Məscidul-Əqsa (Qüds) və Mənim məscidim (Məscidun-Nəbi)".



İbn Teymiyyə bu hədisə əsaslanaraq deyir ki, bu üç məsciddən başqa məcidlər üçün səfər haramdır.



Halbuki, İbn Teymiyyənin bu hədisdən anladığı Quranın ziddinədir. Çünki Quran buyurur ki, "Siru fil-ərz" – yer üzündə seyr edin, gəzin". Əgər biz bu hədisdən "nəyh" (qadağa) başa düşsək bu zaman həm Peyğəmbərin (s) sünnəsinin ki, dəfələrlə Qəba məscdinin ziyarətinə getmişdilər və həm də Quran ayələrinin əleyhinə hökm çıxarmış olacayıq.



Biz bu hədisi başqa hədislərlə birlikdə oxusaq, hədisin mənası belə olacaq ki, əgər daha çox savab və xeyir qazanmaq istəyirsinizsə, bu üç məscidə səfər edin.



۴۵۹۴۴۲

Teqlər: şəbistan ، iqna ، ziyarət ، imam hüseyn
captcha