İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi məlumata görə, bu gün İstanbulun Esenyurt rayonunda fəaliyyət göstərəcək elmi, dini mərkəzin rəsmi təməlatma mərasimi keçirilib.
Tədbirdə, Quran qarisi Hafiz Əli Məsuli mübarək Qurandan bir neçə ayə tilavət edəndən sonra tədbir başladı. Həmçinin tədbirdə, İstanbul şəhəri, Esenyurt Bələdiyyə sədri Nəcmi Kadıroğlu, "Ehlibeyt Alimləri" dərnəyinin rəhbəri Hasan Kanaatlı, Araşdırmaçı yazar Professor Hüseyn Hatəmi, İlhiyyatçı Abdullah Turan, Beynəlxalq Əl-Mustafa universitenin Türkiyə təmsilçisi Dr. Cəfər Yusufi və digər bir neçə rəsmi nümayəndə iştirak edib.
Mərasim zamanı onlar kürsüyə dəvət olunaraq mövzu ətrafında çıxışlar ediblər. Rəsmi çıxışlardan sonra ilahilər oxunub, dualar edilib. Duadan sonra rəsmilər birlikdə düyməni sıxaraq binanın fundament işlərinə start veriblər.