İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, "Hizbullah" hərəkatının baş katibinin birinci müavini Şeyx naim Qasim, İŞİD-lə İsrailin heç bir fərqi olmadığını vurğulayaraq deyib: “İslam bu gün dinin hörmətini ləkələmək istəyənlərlə mübarizədədir. İslam bayrağını daşıdıqlarını iddia edərək, islama zidd əməllər edənlərlə mübarizədədir. Bir halda ki, müqavimət xətti elə bir xətdir ki, islamı rəhmət, insaniyyət, cihad, əxlaq və izzət dini kimi qələmə verir.
İmperialist qüvvələr bu xətlə düşməndirlər və “əl-Qaidə”, İŞİD və “Nusra”-nı dəstəkləyərək islamı ləkələmək fikrindədirlər. Müqavimətdən daha şərəfli bir yol varmı ki, dünya ölkələrinin etmədiyini o, 2000-ci ildə etdi və İsrailin zəbt etdiyi torpaqları geri qaytardı. Müqavimət xətti davam edəcəkdir. Çünkü bu xəttin insanın fitrəti ilə əlaqəsi var. Bu yolda çətinliklərin olmasına baxmayaraq biz müqavimətdən əl çəkməyəcəyik. Sionist rəhbərlərinin çıxışına diqqət edin. Onlar İŞİD-in onlar üçün heç bir təhlükə olmadığını bildirirlər. Və ya 6 mindən çox terorçu onların xəstəxanasında müalicə görür. Beləliklə İsrail ilə İŞİD arasında nə fərq var? Bu qrupların heç biri digərlərindən təhlükə hiss etmir.”