IQNA

Suriya dövləti vurğuladı:

Ərəbistan, Türkiyə və sionist rejimi İdlibdəki qətliamın sorumlusudur

23:32 - June 13, 2015
Xəbər sayı: 3313876
Beynəlxalq şöbə: Suriya bu ölkədəki böhran, qətliam və bütün növ ölümlə nəticələnən zorakılıqlara görə, bəzi region ölkələrini, o cümlədən Ərəbistan, Türkiyə və sionist rejimini sorumlu hesab edir. Suriya hesab edir ki, bu ölkələrin terrorçulara hərbi, iqtisadi və digər köməkləri səbəb olmuşdur ki, təkfirçi terroçular geniş miqyasda insani cinayətlər həyata keçirsinlər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV kanalına istinadən verdiyi xəbərə görə Suriyanın xarici işlər nazirliyi Ban Ki Muna – BMT-nin və təhlükəsizlik şurasının baş katibi, yazdığı məktubda ölkəsindəki böhran, qətliam və bütün növ ölümlə nəticələnən zorakılıqlara görə, xüsusilə də son hadisələrdə onlarla mülkü vətəndaşın İdlib əyalətinin Kəlbloz kəndində "əl-Qaidə"nin cinahlarından olan "ən-nüsrə" və "əhrar əş-şam" terroristləri tərəfindən qətliamını, bəzi region ölkələrini, o cümlədən Ərəbistan, Türkiyə və sionist rejimini sorumlu hesab edir. Suriya hesab edir ki, bu ölkələrin terrorçulara hərbi, iqtisadi və digər köməkləri səbəb olmuşdur ki, təkfirçi terroçular geniş miqyasda insani cinayətlər həyata keçirsinlər.



Məktubda deyilir ki, əgər Ərəbistan, Qətər, İsrail, İordaniya və Türkiyə kimi ölkələr bu vəhşilərə silah göndərməsələr, beynəlxalq təşkilatlar, o cümlədən BMT və təhlükəsizlik şurası bu cinayətlər və himayələr qarşısında qərəzli şəkildə susmasalar, bu cür vəhşi terrorist hücumları baş verə bilməz.



Qeyd edək ki, SANA-nın verdiyi xəbərə görə keçən cüməaxşamı günü İdlibdə ən azından 30 nəfər mülkü vətəndaş vəhşicəsinə qətliam edildilər ki, onlardan 3-cü ruhani, 2-i qadın olub. Bu 30 nəfərdən 5 nəfəri bir ailə üzvü olublar.



Suriyada 2011-ci ildən indiyədək 230 000 nəfər öldürülüb ki, bunlardan 11 min 500 nəfəri uşaq olub.



3313626    

Teqlər: suriya ، terror ، bmt
captcha