IQNA

Ayətullah Xamenei:

"İraqdakı müqavimət regiondakı digər ölkələrin təhlüksizliyini təmin edir"

16:54 - June 18, 2015
Xəbər sayı: 3315889
Tehran(İQNA)- İraq xalqının və dövlətinin terrorçulara qarşı əzmli olması regiondakı digər ölkələrin təhlükəsizliyini təmin edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali Dini Lderi Seyid Əli Xamenei bəyan edib ki, İraq xalqının və dövlətinin terrorçulara qarşı əzmli olması regiondakı digər ölkələrin təhlükəsizliyini təmin edir.

Tehranda İraqın Baş naziri Heydər əl-Əbadini və nümayəndə heyətini qəbul edən Seyid Əli Xamenei bildirib ki, İran, İraq Xalq Könüllü Qüvvələrini və İraq ordusunu dəstəkləyir. Seyid Əli Xamenei əlavə edib ki, İraq hökuməti məzhəb fitnəsi səpən xarici qüvvələrin hərəkətlərinə ehtiyyatla yanaşmalıdır.

Seyid Əli Xamenei müsəlmanları ictimaiyətdə vəhdətə xələl gətirə biləcək məzhəbçilik fitnələrinə qarşı əzmlə müqavimət göstərməyə çağırıb. ABŞ-ın İraqın təbii sərvətlərini talamaq istədiyini və regionda milli birliyi pozmaq istədiyini söyləyən Ayətullah Xamenei düşmənin planları ilə mübarizə  aparmağın əhəməyyətindən danışıb.

Teqlər: ayətullah ، xamenei ، İraq ، müqviməti
captcha