IQNA

İŞİD sünni cümə imamını edam etdi

20:45 - July 03, 2015
Xəbər sayı: 3322582
Tehran(İQNA)- Terrorçu qruplaşma sünni din alimi Şeyx Yasirin başını terrorçuluğun əleyhinə olduğu üçün kəsib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi məlumata görə, İŞİD Mosulda sünni cümə imamını edam edib. İŞİD terrorçuları Şeyx Yasir Yunisi həbs etdikdən 2 gün sonra edam ediblər.


Şeyx Yasir Neynəva şəhərinin xətib və alimlər heyətinin üzvü olub. İŞİD-in təfəkkürü ilə sərt müxalif olan şeyx onlarla əməkdaşlıq etməkdən boyun qaçırdıqdan sonra həbs edilib.

Teqlər: sünni ، din ، alimi ، idam ، edildi
captcha