IQNA

Belçikada müsəlmanlar üçün orta məktəb açılacaq

16:12 - July 17, 2015
Xəbər sayı: 3328958
Tehran(İQNA)- Belçikada ilk dəfə olaraq müsəlman şagirdlər üçün məktəb açılacaq. Bu ölkənin 600 min nəfəri müsəlmandır.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Belçikanın Brüssel şəhər bələdiyəsi paytaxtda ilk dəfə olaraq müsəlmanlar üçün nəzərdə tutulan orta məktəbin açılmasına icazə verib.


“Xeyirxah” adlanan təhsil müəssisəsi öz qapılarını şagirdlərin üzünə bu ilin sentyabr ayının 1-dən açacaq. Təhsil müəsisəsində 120 şagirdin təhsil alacağı, daha sonra isə bu sayın 660 şagirdədək yüksəldilməsi nəzərdə tutulur. Qeyd edək ki, Belçikanın ümumi əhalisi 11,2 milyon nəfərdir. Onlaran 600 min nəfəri müsəlmandır.

Teqlər: belçika ، müsəlman ، orta ، məktəb
captcha