İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əs-sumariyya nyuz” xəbər agentliyinin rəsmi iformasiya portalına istinadən verdiyi xəbərə görə İraqın cənubunda yerləşən Ziqar əyalətinin bir polis mənbəsi bir təkfirçi terrorist qruplaşmanın üzvlərinin yaxalandığı barədə xəbər verib. Bu təkfirçi qruplaşma şiə mərcələrinin İraqdakı nümayəndələrini terror edəcəkləri haqqında planlarına etiraf ediblər.
Adının açıqlanmasını istəməyən polis mənbəsi bu barədə əlavə etdi: Bu təkfirçi terrorçular öz planlarını həyata keçirmək üçün gizli təlim düşərgələrində təlim işləri ilə məşğul olarkən ələ keçiblər.
Terrorçular deyiblər ki, bütün lazımlı göstərişləri “mənəvi ata” adlandırılan bir nəfərdən alırlarmış.