IQNA

Şiə təqlid mərcələrinin İraqdakı nümayəndələri terrorla üz-üzə

10:00 - July 27, 2015
Xəbər sayı: 3335635
Beynəlxalq qrup: İraqın “Ziqar” əyalətində tutuqlanmış bir təkfirçi terrorist qruplaşmanın üzvləri özlərinin həyatı keçirəcəkləri terror planlarını açıqladılar. Onlar etiraf ediblər ki, şiələrin təqlid mərcələrinin İraqdakı nümayəndələrini terror etmək üçün hazırlaşırmışlar.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əs-sumariyya nyuz” xəbər agentliyinin rəsmi iformasiya portalına istinadən verdiyi xəbərə görə İraqın cənubunda yerləşən Ziqar əyalətinin bir polis mənbəsi bir təkfirçi terrorist qruplaşmanın üzvlərinin yaxalandığı barədə xəbər verib. Bu təkfirçi qruplaşma şiə mərcələrinin İraqdakı nümayəndələrini terror edəcəkləri haqqında planlarına etiraf ediblər.



Adının açıqlanmasını istəməyən polis mənbəsi bu barədə əlavə etdi: Bu təkfirçi terrorçular öz planlarını həyata keçirmək üçün gizli təlim düşərgələrində təlim işləri ilə məşğul olarkən ələ keçiblər.



Terrorçular deyiblər ki, bütün lazımlı göstərişləri “mənəvi ata” adlandırılan bir nəfərdən alırlarmış.



3335573  

Teqlər: terror ، İraq ، mərcə ، şiə
captcha