IQNA

Müsəlman olanların sayında böyük artım müşahidə olunur

11:21 - July 27, 2015
Xəbər sayı: 3335710
Tehran(IQNA)- Almaniyada İslama maraq göstərərək araşdıran və müsəlman olan almanların sayında son zamanlarda artım olduğu bildirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın AzadXeber.az-a istinadən verdiyi məlumata görə, Almaniyada İslama maraq göstərərək araşdıran və müsəlman olan almanların sayında son zamanlarda artım olduğu bildirilib. Köln şəhərində fəaliyyət göstərən “İslam Cəmiyyəti Milli Görüş Təşkilatı” (IGMG), “Fatih” məscidində İslamı qəbul edərək müsəlman olan Alman vətəndaşı Martin Baykalın fikirlərini təqdim edib.


Martin bildirib ki, müsəlman olmaq qərarını verdikdən sonra bütün dost və tanışları onu dəstəkləyib. O, keçmiş həyat yoldaşının müsəlman olduğunu, bu səbəbdən də İslam dini haqqında az da olsa məlumat aldığını bildirib.


Daha sonra isə İslamı dərindən araşdıran və bu dinin humanistliyini, gözəlliyini görən Martin müsəlman olub. Martinə Baykal həmçinin zamanla dinini daha detallı şəkildə öyrənəcəyini və dininin əmr etdiklərini tamamilə yerinə yetirmək üçün əlindən gələni edəcəyini deyib.


O,  Kəlmə Şəhadət gətirib. Martinə İslam dinini seçdiyini təsdiq edən yazılı akt və  dini  kitab hədiyyə edilib.

Teqlər: almaniya ، müslüman ، sayı ، artım
captcha