İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “www.lebanonfiles.com” xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Şeyx Əbdül – Lətif Dəryan – Livanın baş müftisi, dini alimlərlə görüşündə dedi: Dini təbliğlərdə məscidin əsas mərkəz olması ifartçı və radikal dini təbliğatçıların öz məqsədləri yönündə təbliğ aparmalarının qarşısını alacaq və radikalizmin yolunu bağlayacaqdır.
O sözünün davamında dedi: Məscidlər İslam dinin təbliği üçün ən mötəbər mənbə və qaynaq sayılır, məscidlərdəki təbliğ insanlara radikalizmlə bağlı oyaqlıq və hüşyarlıq gətirir və onların müasir dini dünyagörüşlərini artırır.
Livanın baş müftisi çıxışının davamında dini alimlərə xitab olaraq dedi: Məscidləri xalis İslam dininin təbliği üçün əsas qərargahlara çevirin ki, insanlar İslam dinin əsl prinsipləri və üsulları ilə yaxından tanış olsunlar və bilsinlər ki, dini maarifi hansı qaynaqlardan almalıdırlar və radikal fürsətcil təbliğatçıların tirbunalarına əhəmiyyət verməsinlər.
Bu əhl – sünnə alimi, dini mənbərlərə çıxan xətiblərin əsas vəzifəsinin müsəlmanları dünyada baş verənlərlə bağlı oyatması və dünya görüşlərin artırılması olduğunu vurğuladı və dedi: Dini məzhəblər arasında görüşlərin əsasını dialoq və müzakirə təşkil etməlidir ki, İslamın dini dialoq mədəniyyəti tutumu hamıya aşkar olsun.
Şeyx Dəryan sonda bütün insanların və xüsusilə də müsəlmanlar sülhamiz və vəhdət içində yaşaması üçün Livanda bütün zərfiyyətlərin zühur etdiyinə işarə edərək dedi: Livanlıların siyasi məsələlərin bəzisində ixtilafları olmasına baxmayaraq, ictimai, mədəni və milli mənafe kimi məsələlərdə birlik və vəhdət təşkil edirlər.