IQNA

Bir müsəlman İslam dinin mahiyyətini öyrənməlidir

12:26 - August 07, 2015
Xəbər sayı: 3339680
Tehran(İQNA)- Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın salamnews-a istinadla verdiyi xəbər göre, din insanların inancıdır, dünya görüşüdür, əxlaqıdır. Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil.
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP-ın saytına verdiyi müsahibədə bildirib.


M.Qurbanlı deyib ki, İslamı olduğu kimi bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir.


İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmaları da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ yollara cəlb edirlər.

Teqlər: Bir ، müsəlman ، İslam ، dini ، mahiyetini ، bilmeli
captcha