IQNA

İngilislər Netanyahonun tutuqlanmasını tələb edirlər

23:55 - August 23, 2015
Xəbər sayı: 3350582
Beynəlxalq şöbə: İngiltərədə parlamentin saytı tərəfindən keçirilən son ictimai sorğunun nəticələrindən bəlli olub ki, ingilislərin 76 % - i İngiltərə dövlətindən işğalçı sionist rejiminin baş naziri Binyamin Netanyahunun fələstinlilər əleyhinə törətdikləri müharibə cinayətlərinə görə həbs olunmasını üçün tədbir görməsini tələb ediblər.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "national review" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, İngiltərədə parlamentin saytı tərəfindən keçirilən son ictimai sorğunun nəticələrindən bəlli olub ki, ingilislərin 76 % - i işğalçı sionist rejiminin baş naziri Binyamin Netanyahunun fələstinlilər əleyhinə törətdikləri cinayətlərə görə həbs olunmasını istəyirlər.



Netanyahunun İngiltərəyə səfəri ərəfəsində keçirilən bu sorğu Avqust ayının birinci ongünlüyündə başlayıb və əhali indiyədək bu barədə öz nəzərlərini deyirlər. Sorğunun nəticələri göstərir ki, ingilislərin əksəriyyəti işğalçı sionist rejiminin 65 yaşlı baş naziri Binyamin Netanyahunun fələstinlilər əleyhinə törətdikləri cinayətlərə görə, Londona daxil olarkən həbs olunmasını istəyirlər.



Bu sorğu Netanyahunun 2014-cü ildə Qəzzə zolağında Qəzzənin mühasirəsi zamanı törətdikləri hərbi cinayətlər və yüzlərlə fələstinlini qətliam etməsi ilə bağlı keçirilib. İndiyədək bu sorğuda 76 mindən çox insan iştirak edib. Bu sorğuda deyilir ki, beynəlxalq qanunlara əsasən Binyamin Netanyahu törətdiyi hərbi cinayətlərə, 2 mindən çox mülkü vətəndaşı qətliam etdiyinə və başqa cinayətlərinə görə Londona girərkən dövlət tərəfindən həbs olunmalıdır.  



İngiltərə qanunlarına əsasən 10 min nəfər imza atarsa, Britaniya dövləti sorğuya cavab verməlidir, əgər imzaların sayı 100 min nəfərə çatarsa, məsələ parlamentin açıq məclisində müzakirəyə qoyulmalıdır.



Xəbərdə deyilir ki, İngiltərə dövləti elan edib ki, beynəlxalq qanunlara əsasən dövlət başçılarının siyasi toxunulmazlıqları var və heç kim həbs oluna və tutuqlana bilməz.   



Qeyd edək ki, 2014-cü ildə Qəzzədə 2200 fələstinli, o cümlədən 577 uşaq öldürüldü, 11 min nəfərdən çox insan yaralandı və əksəriyyəti də qaçqın düşdülər.



3350195

Teqlər: israil ، sionist ، ingilis ، amerika
captcha