Beynəlxalq şöbə: Almaniyanın paytaxtı Berlin şəhərinin 60 km-liyində yerləşən "Halbmondlager" düşərgəsində 100 illik məscidin qalıqları tapıldı. Məscid milad tarixi ilə 1916 – cı ildə inaş edilibmiş.

IQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "trt.net.fr" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərinin 60 km-liyində yerləşən Brandenbruq əyalətinin Vünsdorf şəhərinin "Halbmondlager" düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı I Dünya Müharibəsindən qalma 100 illik məscidin qalıqları tapıldı.
I Dünya Müharibəsi zamanı əsir alınan Afrika, Asiya, Hindistan, Mərakeş, Tunis və Əlcəzair kimi ölkələrdən təxminən 4 min müsəlman əsgər Vünsdorf şəhərindəki əsir düşərgəsində saxlanılmışdı.