IQNA

11:57 - September 05, 2015
Xəbər sayı: 3358107
Tehran(İQNA) - Macarıstanın baş naziri, “əgər xristianlar Avropada azlıq vəziyyətinə düşmək istəmirlərsə müsəlman axınının qarşısını almalıdırlar” deyib.

İQNA’nın İslamazeri.az’a istinadən verdiyi məlumata göre , Bunu Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsində kifayət qədər müsəlman yaşayır və daha çox miqdarı gələcəkdə problem yarada bilər.

“150 ildən çoxdur bizim müsəlmanlarla bir yerdə yaşama ənənəmiz var. Lakin düşünürəm ki, son vaxtlar ölkəyə gələn müsəlman qaçqınların sayı gələcəyimizi ciddi təhdid edir. Çünki onlar xristian yox, müsəlmandırlar. Qoy başqa Avropa ölkələri həmin qaçqınları qəbul etsin, ancaq biz istəmirik”, deyə Orban bildirib.

Müsəlmanların köhnə qitəyə axını Avropanın sonunu gətirə bilər deyən baş nazir, bunun qarşısını almaq üçün qaçqınların öz ölkələrinə yaxın yerdə məskunlaşmasını təklif edib: “Biz Türkiyə, İordaniya, Balkan ölkələrinə mühacirlərə baxa bilmələri üçün pul göndərə bilərik. Yeganə həll yolu budur. Yoxsa onları Avropaya gətirmək problemi həll etmir” Viktor Orban sonda əlavə edib ki, əgər xristianlar Avropada azlıq vəziyyətinə düşmək istəmirlərsə müsəlman axınının qarşısını almalıdırlar.

Teqlər: Avropa ، ölkesi ، İslamfob ، çıkış
Ad:
E-poçt:
* Comment:
* captcha: