IQNA

Moskovada On min nəfərin eyni anda namaz qıla biləcəyi məscid açılacaq

10:42 - September 09, 2015
Xəbər sayı: 3360769
Tehran(İQNA) - Açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Fələstin lideri Mahmud Abbas da qatılacaqlar.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, Moskvada 10 min nəfərin rahat yerləşəcəyi məscidin təntənəli açılışı sentyabrın 23-də olacaq. Verilən məlumata görə, Qurban bayramı ərəfəsində baş tutacaq mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Fələstin lideri Mahmud Abbas da qatılacaqlar.

Açılışda demək olar ki, bütün müsəlman ölkələrindən nümayəndə heyəti iştirak edəcək. Rekonstruksiya nəticəsində məscidin tutumu 18900 kvadrat metrə çatdırılıb. Məscid 1904-cü ildə tikilib. Tatar taciri Salih Erzinin sifarişi əsasında onu memar A.Jukov inşa edib. Rekonstruksiya üçün köhnı məscid tamamilə sökülüb. Yenidənqurma işləri 10 il davam edib. Minarələrin hündürlüyü 72 metrdir.

Teqlər: Moskova ، məscid ، 10 ، min ، nəfər ، yerləşəcək
captcha