İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ərəbistan çapı olan "əl-viam" qəzetinə istinadən verdiyi xəbərə görə, Ərəbistanda hər il "Məlik Əbdül-Əziz adına beynəlxalq Quran yarışları" keçirilir. Bu il bu yarışların 37 – ci turu Quran-Kərimin hifz, qiraət və təfsiri üzrə dünyanın 66 ölkəsindən 124 nəfər Quran fəalının iştirakı ilə Məhərrəm ayının 25-dən 29-dək müqəddəs Məkkə şəhərində Məscid əl – Həramda keçiriləcəkdir.
Ərəbistanın beynəlxalq Quran yarışları komitəsinin baş katibi Mənsur bin Məhəmməd əl-Məsih bu barədə xəbər verərək dedi: Bu il bu yarışların 37 – ci turu Quran-Kərimin hifz, qiraət və təfsiri üzrə dünyanın 66 ölkəsindən 124 nəfər Quran fəalının iştirakı ilə Məhərrəm ayının 25-dən 29-dək müqəddəs Məkkə şəhərində Məscid əl – Həramda keçiriləcəkdir.
O əlavə etdi: Bu il yarışların şərtlərindən biri də budur ki, iştirak edənlərin yaşı 25-dən yuxarı olmamalıdır, Ərəbistanın Quran yarışlarında öncədən iştirak etmiş olmasınlar, yəni bu birinci iştirakları olmalıdır. Həmçinin yarışda iştirak edənlər öz ölkələrinin qiraət və təcvid üzrə məşhur ustadlarından olmamalıdır.
3361217