IQNA

“Şarli Hebdo”dan daha bir iyrənc karikatura: Aylan

Şarli Hebdo jurnalı 3 yaşlı Aylanın dənizdə boğularaq ölməsini də təhqir etdi + FOTO

18:42 - September 15, 2015
Xəbər sayı: 3362954
Xarici şöbə: Dənizdə boğulan 3 yaşlı Aylanın kədəri bütün dünyanı bürüdüyü halda Fransanın satirik “Şarli Hebdo” jurnalı yenə müsəlmanlara sataşaraq, çox axmaq və mənfur bir addımda bu körpənin də karikaturasını çəkərək istehza obyektinə çevirmişdir.


IQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Məhəmməd peyğəmbəri karikaturaları ilə mütəmadi təhqir edən Fransanın satirik jurnalı “Charlie Hebdo” növbəti dəfə qəzəb doğuracaq addım atıb. Jurnal bu ayın əvvəlində faciəli şəkildə ölən Aylan Kurdini karikaturası ilə hədəfə çevirib.



“Charlie Hebdo” jurnalının son nömrəsinin üz qabığında Avropaya getmək istəyən, amma Aralıq dənizində batan və dalğaların sahilə çıxardığı Aylanın görüntüsünə yer verilib.



 “Hədəfə çox yaxın” başlığı altında verilən materialda suriyalı Aylanın Bodrumda tapılmış cəsədini yumor aləti edən jurnal “2 uşaq menyüsü al, bir ödə” sözlərini əlavə edib.



Jurnaldakı digər karikaturada isə, Aylanın cəsədi göstərilərək “Avropanın xristian olduğunun sübutu” yazılıb. Körpənin yanında, suyun üzərində dayanmış İsa peyğəmbərin təsvir olunduğu karikaturada isə “Xristianlar suda yeriyər, müsəlman körpələr isə batar” kimi ifadələr işlədilib.



Xatırladaq ki, 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən Avropaya getmək isə onlara nəsib olmayıb. Onların olduğu qayıq çevrilib və məlum faciə baş verib. 



Şarli Ebdonun bu addımı internet istifadəçilərini qəzəbləndirib. İngiltərənin "Qaradərili vəkillər birliyi" bu jurnalın əleyhinə şikayət edəcəklər. Birliyin rəisi miqrantları əziyyət etdiyi üçün Şarlinin beynəlxalq məhkəməyə verilməsini tələb edib.



Teqlər: hebdo ، şarli ، aylan ، jurnal
captcha