IQNA

Hindistanın müsəlman alimləri:

Terroristlər Qurandan öz şeytani işlərini doğru göstərmək üçün istifadə edirlər

23:52 - September 22, 2015
Xəbər sayı: 3366454
Beynəlxalq şöbə: Hindistanın müsəlman alimləri dünən, senytabr ayının 21-də Hindistanın "Kerala" əyalətinin "Malapuram" regionunda təşkil olunmuş Quran toplantısında İŞİD-in cinayətlərini məhkum etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the Hindu" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Hindistanın müsəlman alimləri dünən, senytabr ayının 21-də Hindistanın "Kerala" əyalətinin "Malapuram" regionunda Quran təlimi mədrəsələrinin məsullarından və fərqlənən tələbələrindən təqdir və təşəkkür etmək üçün təşkil olunmuş Quran toplantısında İŞİD-in cinayətlərini məhkum etdilər.



Alimlər bu toplantıda İŞİD və digər terroçuların cinayətlərinə işarə edərək vurğuladılar: Günahsız insanların qanını axıdanlar Quran-Kərimin həqiqi düşmənləridirlər.



Hindistanın müsəlman alimləri bu toplantıda təkidlə dedilər: Terroristlər Qurandan öz şeytani işlərini doğru göstərmək üçün və öz mənfur simalarının qarşısında qalxan olaraq istifadə edirlər.



Bundan öncə də Hindistanın müsəlman alimləri və təşkilat rəisləri hindistanlı cavanların İŞİD-ə cəzb olunmasının qarşısını almaq üçün toplanaraq İŞİD əleyhinə fətva verərək İslamın həqiqi çöhrəsini pisliyə bulaşdırmağa cəhd edən bu qruplaşmanın işini qeyri-İslami, İslam maarifinin əleyhinə işlənmiş bir cinayət saymış və məhkum etmişdilər.



  366239

Teqlər: İslam ، İŞİd ، hindistan ، terror
captcha