İQNA’nın Maide.az-a istinadla verdiyi məlumata görə, İlham Əliyev Səudiyyə rejiminin bu hökmlə İslam dünyasına və şiə aləminə qarşı öz düşmənçiliyini üzə çıxartdığını bildirib: «Rejim küdurətini üzə çıxardı və göstərdi ki, Əhli-Beyt(ə) ilə nə qədər düşmənçilik edir».
«Dünyanın hazırkı vəziyyətində azadlıq və insanlığa çağırış edən Şeyx Nimr kimi şəxsiyyətə edam hökmünün verilməsi onu göstərir ki, Səudiyyə rejimi nəinki İslam ilə, həm də insanlıqla ziddir və qeyri-insani bir yolda addımlayır»- deyə o bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Ayətullah Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və digər saxta ittihamlarla həbs edib.