İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "almadapaper" xəbər və informasiya portalına istinadla verdiyi xərəbər görə, "Yan Kubiç" - BMT – nin nümayəndəsi və səlahiyyətli səfiri və BMT – nin (Birləşmiş Millətlər Təşkilatı) İraqdakı heyətinin rəisi, dünən İraqda şiələrin böyük təqlid mərcəsi sayılan həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə İraqın müqəddəs Nəcəf – Əşrəf şəhərində görüşərək İraqın və regionun mühüm məsələləri və BMT-nin İraq göstərə biləcəyi köməklər barədə müzakirə ediblər.
Yan Kubiç - BMT – nin İraqdakı heyətinin rəisi, Ayətullah Üzma Sistani ilə görüşündən sonra mətbuat konfransında iştirak edərək dedi: Şiələrin böyük təqlid mərcəsi həzrət Ayətullah Üzma Seyid Əli Sistani cənabları ilə görüşdə İraqın son vəziyyəti ilə bağlı araşdırmaları və həmçinin BMT – nin bu ölkənin vəziyyətinin yaxşılaşması üçün İraqa necə kömək və yardımlar göstərəcəyi barədə müzakirə etdik.
BMT – nin İraq işləri üzrə nümayəndə və səfiri çıxışının sonunda Həzrət Ayətullah Üzma Seyid Əli Sistaniyə BMT – nin gördüyü işlər barədə xoş sözlər dediyi və verdiyi dəyərli nəsihətlər barədə öz təşəkkürünü bildirdi.
Yan Kubiç - BMT – nin İraqdakı heyətinin rəisi, əlavə etdi: Nəcəfin səsi təkcə bir dəstə insanın səsi deyil, bəlkə hamı üçündür və BMT üçün bu səsi eşitmək çox mühümdür. İraq bu gün İŞİD adlı bir problemlə üz-üzədir. Təhlükəsizlik qüvvələri, xalq könüllüləri, pişmərgələr və tayfalar bu problemlə üzləşmək üçün mühüm rol ifa ediblər. Bu görüşdə də ədalətin bərpası, insanların oğurlanmış mallarının qaytarılması və islahatları himayə etmək kimi məsələlər yenidən müzakirə edildi, qaçqınların problemi ilə bağlı Ayətullah Sistani ilə söhbət etdik, qış fəslinin çatması ilə bağlı 3 milyon qaçqını olan dövlətə BMT və digər beynəlxalq cameələr kömək etməlidirlər.