IQNA

10:42 - November 04, 2015
Xəbər sayı: 3443395
Tehran(İQNA) - İran Həcc və Ziyarət Təşkilatının sədri Səid Əvhadi Mina Faciəsini İzləmə Komitəsinin açılacağını bildirib.

İQNA, İslamazeri.az-a istinadən xəbər verir ki, Səid Əvhadi iki gün öncə verdiyi açıqlamada yaxınlarda Mina faciəsinin izlənilməsi məqsədilə izləmə və araşdırma mərkəzinin yaradılacağını söyləyib.
 

İran Həcc və Ziyarət Təşkilatının sədri bu komitənin ilk iclasının İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xameneinin Mina faciəsinin detallarının işıqlandırılması ilə bağlı verdiyi tapşırıqlar əsasında qəbul ediləcəyini deyib.
 

Səid Əvhədi Mina faciəsinin işıqlandırılmasında bütün dünya ölkələri, xüsusilə bu faciədə zərər çəkən ölkələr arasında yaxın əməkdaşlıq və həmrəyliyin zəruri olduğunu qeyd edib.
 

Xatırladaq ki, sentyabrın 24-də Minada "şeytan daşlama" mərasimi zamanı faciə baş vermişdi. Ölənlərin sayı barədə müxtəlif rəqəmlər açıqlanmışdı.

Teqlər: İran ، Mina ، Faciəsi ، İzləmə ، Komitəsi
Ad:
E-poçt:
* Comment:
* captcha: