IQNA

Şəhid Mütəhhərinin əsərləri əsasında;
11:35 - November 10, 2015
Xəbər sayı: 3446575
Ədəbiyyat şöbəsi: Məhəmməd Mehdi Rzayi mərhum Şəhid Mütəhhərinin əsərlərinin araşdırılması əsasında "Şəhid Mürtəzadan 40 hədisin şərhi" kitabını təlif etmiş və "Camal" nəşriyyatı tərəfindən çap edilmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu əsər Şəhid Mütəhhərinin əsərlərinin ümumi kütlə dərki üçün hazırlanması yönündə atılmış addımdır.



Şəhid Mütəhhəri "hədis və hədis elmləri" barədə müstəqil bir kitab yazmasa da Şəhid Mütəhhərinin əsərlərinin özəlliklərindən biri də budur ki, o bütün əsərlərində Quran ayələri və məsumların hədislərində geniş şəkildə istifadə etmiş və hədislərə gözəl şərhlər vermişdir. Həm də bir çox hədislərə gözəl tənqidi yanaşmaları olmuşdur.



"Şəhid Mürtəzadan 40 hədisin şərhi" kitabı da günün və İslami cameənin niyazlarını və ümumi kütlənin dərkini nəzərə alaraq Məhəmməd Mehdi Rzayi tərəfindən Şəhid Mütəhhərinin əsələri əsasında qələmə alınmışdır. Bu kitabda günümüzdə ehtiyaclı olan 40 mövzu, o cümlədən "yaxşılıqlara dəvət", tövbə, cihad, təqva, intizar, şəhidlik və hicrət kimi eitqadi, əxlaqi və ictimai mövzular Şəhid Mütəhhərinin uyğun mövzularda hədislərə verdiyi şərhlər əsasında işıqlandırılmışdır.



"Şəhid Mürtəzadan 40 hədisin şərhi" kitabı "Camal" nəşriyyatı tərəfindən 3000 nüsxədə çap edilmişdir. Kitabı əldə etmək üçün http://nashrejamal.com saytına müraciət edə bilərsiniz. Kitabın qiyməti 12 min tüməndir (= 4 dollar).



3446423   

Teqlər: kitab ، 40 ، hədis ، mütəhhəri
Ad:
E-poçt:
* Comment:
* captcha: