IQNA

0:50 - November 15, 2015
Xəbər sayı: 3449528
Beynəlxalq şöbə: Keçən gecə Parisdə baş verən terror hadisələri və partlayışların əks-sədası beynəlxalq KİV və ictimaiyyətlərdə elə bir hay-küy doğurub ki, bunun yüzdən biri qədər Beyrutdakı terror aktı barədə nə Amerika və nə heç bir qərb ölkəsinin kütləvi informasiya portallarında belə bir əsk-səda doğurmamışdı.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Neçə illərdir ki, İŞİD təkfirçi terrorist qruplaşması regionda, xüsusilə də İraq və Suriyada günahsız insanları, qoca, qadın və uşaqları qətliam edir. Qərb və Amerika ipmeriyasının yaratdığı və mal və silah baxımındn himayə etdiyi İŞİD təkfirçi terrorist qruplaşmasının qətliam etdiyi və terrora məruz qoyduğu insanların əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraqh heç vaxt qərblilər müsəlmanlarla həmdərdlik etmədilər. Bəlkə qərb mediası həmişə çalışdı ki, bu cinayətkarların cinayətləri qarşısında sakit dayansın və ya daha irəli gedərək bu cinayətlərə müxalif partiya donu geyindirsin. Amma Paris terror həmləsindən az keçməmiş bu hadisəni elə işıqlandırdılar ki, sanki bütün düya həmin gecə məhv olmuşdu və tez də bunu Şarli Ebdo hadisəsi ilə əlaqələndirməyə başladılar. Hadisəsnin məsuliyyətini hələ heç kəs öz üzərinə götürməmiş bütün qərb mediası İslamofobiya təbliğatlarına və müsəlmanları təhqir etməyə başladılar, elə də çox zaman keçmədən dünyanın 1 milyard 600 min müsəlmanı Paris hadisələrinin cinayətkarı kimi tanıdıldı. Bu hadisəni İŞİD-də törətmiş olsa, bütün müsəlmanları bu işdə günahlandırmaq quru nifrət və ədalətsizlikdən başa bir şey deyildir! Çünki dünya müsəlmanlarının əksəriyyəti sülh şəraitində yaşamağın tərəfdarıdırlar, ABŞ və Qərbin mənfur siyasəti nəticəsində müsəlman şəkilində müsəlmanların içərisinə ötürülmüş "ölüm maşınları"ından başqa!



Həmin qərb mediası Parisdən cəmi bir həftə qabaq baş vermiş Livan terror cinayətini sadə bir hadisə sayaraq üstündən keçdi. Qərbin bu ikili siyasəti 11 sentyabr hadisəsindən başlayıb və davam edir.



Bizə elə gəlir ki, Parisin terror aktı müsəlmanlara hücum üçün hazırlanmış planın birinci pərdə nümayişi idi!     



3449052

Teqlər: paris ، fransa ، terror ، işid
Ad:
E-poçt:
* Comment:
* captcha: