IQNA

Müsəlman Hakimlər Şurasının baş katibi:

Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı vardır

23:55 - November 22, 2015
Xəbər sayı: 3455820
Beynəlxalq şöbə: Əli Ən-Nəimi (Müsəlman Hakimlər Şurasının baş katibi) terrorizmin hər bir növünü məhkum edərək elan etdi: Qərb ölkələrində baş verən Quran yandırmağın və məscidə hücumların terrorizmlə sıx və güclü bağlılığı vardır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-bəvvabə nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əli Ən-Nəimi (Müsəlman Hakimlər Şurasının baş katibi) dünən (21 noyabar 2015) Misirin paytaxtı Qahirədə bu şuranın Əhməd Təyyibin (Əl-Əzhərin Şeyxi) başçılığı ilə keçirilən iclasında terrorizmin hər bir növünü məhkum edərək elan etdi: Terrorizm və radikalizmin məhv edilməsi təkcə hamının birliyi və vəhdəti sayəsində həyata keçə bilər.



Əli Ən-Nəimi (Müsəlman Hakimlər Şurasının baş katibi) çıxışının davamında sionist rejiminin işğalçı cinayətlərindən və Fələstin xalqının hüquqlarından danışaraq dedi: İşğalçı israil rejiminin müsəlman Fələstin xalqının barəsində hər gün törətdiyi cinayətlər insani və beynəlxalq qanunların aşkara kobudcasına ayaq altına atılmasıdır.



Müsəlman Hakimlər Şurasının baş katibi bu iclasın açılış mərasimindən sonra media və KİV əhli ilə mətbuat konfransında iştirak etdi və hazırda terrorizm qurbanlarının çoxunun müsəlmanlar olduğunu vurğulayaraq dedi: Müqəddəs İslam dini son günlərdə Parisdə baş verən terror hadisələrindən bizardır və İslam və terrorizm arasında heç bir bağlılıq yoxdur.    



3455543



  

Teqlər: quran ، radikalizm ، terrorizm ، məscid
captcha