IQNA

Qambiya prezidenti ölkəsini İslam respublikası elan etdi

9:42 - December 13, 2015
Xəbər sayı: 3462406
Tehran(IQNA) - Qambiya prezidenti "Bu gündən etibarən Qambiya islam ölkəsidir. Biz vətəndaşlara hörmət edən islam ölkəsi olacağıq" dedi.

Dünən Qambiya prezidenti Yahya Əbdüləziz Jammeh ölkəsini islam respublikası adlandırıb. Belə ki o, çıxışı zamanı, "bu gündən etibarən Qambiya islam ölkəsidir. Biz vətəndaşlara hörmət edən islam ölkəsi olacağıq", - deyə bildirib.
 

Qeyd edək ki, Qambiyada ölkə vətəndaşlarının 90%-ini müsəlmanlar təşkil edir. Lakin bu günə kimi bu ölkədə dövlət dini olmayıb.
 

Xatırladaq ki, dünyada İslam respublikası adı ilə indiyədək bu ölkələr var: İran, Pakistan, Əfqanistan və Mavritaniya.
 

İslamazeri.az

captcha