IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press TV" peyk kanalına istinadla verdiyi xəbərə görə, Nigeriya İslam Hərəkatının media-forumunun rəhbəri deyib: Kadumda Şeyx Zəkzakinin həbsinə etiraz edən nümayişçilərə polisin açdığı atəş nəticəsində ən azı 4 müsəlmanın həlak oldu və bir-çox insan da yaralandı.
O, polislə qarşıdurmanın Kadumun "Tudun Vada" rayonunda da qeydə alındığını bildirib. Nümayişçilə ordunun ünvanına şüarlar sələndirərək, dekabrın 12-də Zariyadakı dini mərasimə əsgərlərin hücum etməsini və nəticədə yüzlərlər müsəlmanın qətliamını qınayıblar. Etirazçılar eyni zamanda ölkənin Əhli-Beyt (ə) ardıcıllarının liderinin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Bənzər nümayiş Nigeriyanın Kano şəhərində də təşkil olunub və xoşbəxtlikdən nümayiş insidentsiz baş tutub.
Nigeriya İslam Hərəkatının media-forumunun rəhbəri mətbuata açıqlamasında deyib ki, dünən Şeyx Zəkzəkinin Zariyadakı iqamətgahından 200 müsəlmanın cəsədi aparılıb və hələ morqda yüzlərlə meyitlər var. İnsan haqları müdafiəçiləri də mindən artıq insanın öldürüldüyünü bildirirlər.
Bu məlumata görə "Tudan Vada" rayonunda çox sayda ticarət mərkəzləri tətil olunub və etirazçıların sayı artmaqdadır.
İslam Hərəkatının sözçüsü dedi: Bu hadisələr və şeyxin həbsi hamısı öncədən hazırlanmış təxribatdır və dövlət şiələr əleyhinə mübarizə aparır.
Bu halda Buko-Haram ətraf kəndlərə hücum edib və bu hücumlarda ən azı 30 nəfər ölmüşdür. Nigeriyanın şimal-şərqində 3 kəndi hücuma məruz qoyub. Onlar keçən həftənin cüməaxşamı günü də Kamuya kəndinə hücum edərək 14 nəfər şəhid etmişdilər.
Buko-Haram terrorçuları 2009-dan bu vaxtadək 200 min nəfəri öldürüb və 2.500 000 nəfəri isə evindən didərgin salmışdır.