IQNA

22:49 - December 25, 2015
Xəbər sayı: 3469192
Beynəlxalq şöbə: Misrin "Fətvalar Evi"nin (Darul-Fətava) nəzdində fəaliyyət göstərən "təkfirçi fətvalara nəzarət" mərkəzi "İŞİD təşkilatı; yaradılma, cinayət və mübarizə" adlı kitab nəşr etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin "Fətvalar Evi"nin (Darul-Fətava / دار الفتاوی) nəzdində fəaliyyət göstərən "təkfirçi fətvalara və radikal baxışlara nəzarət" mərkəzi öz silsilə nəşrlərində təkfirçilik və terrorizmlə müqabilə yönündə "İŞİD təşkilatı; yaradılma, cinayət və mübarizə" (تنظیم داعش..النشأة والجرائم والمواجهة) adlı kitab nəşr etdi.



Bu kitab altı fəsldən ibarətdir və təkfirçi qrupların Qurandan səhv oxunuşlarına, təfsirlərinə, şübhələrinə və iddialarına Quran və Sünnə əsasında cavablar verilib.



Misrin baş müftisinin müavini İbrahim Nəcm bu barədə dedi: Təkfirçi, radikal və terrorist təşkilatlarla fikri, elmi və mədəni mübarizə aparmaq hərbi mübarizə qədər əhəmiyyətlidir. Çünki bu mübarizədə təkfirçilərin insanları azdırmaq üçün Quran və Sünnə haqqında hazırladıqları şübhələrə, iddialar və dinin yanlış təfsirinə cavablar verilir.



Kitabda dini terminlər izah edilib, "darul-hərb", "darul-islam" və "hicrət" və cihda kimi mənaları İŞİD tərəfindən təhrif olunmuş terminlərə aydınlıq gətirilib. Şübhələrə cavablar verilib. Təkfirçiliyin mənşəyi və fikri qaynaqları haqqında məlumatlar yerləşdirilib. Qocalar, uşaqlar, qadınlar və uşaqlar haqqında İslamın həqiqi hökmləri bəyan edilərək, İŞİD-in addımları cinayət sayılıb. Qadın hüquqları İslami nöteyi-nəzərdən açıqlanıb.  



 



3468706

Teqlər: işid ، təkfir ، vəhabi ، terror
Ad:
E-poçt:
* Comment:
* captcha: