IQNA

Bu gün səhər prezidentlər sarayında;

Beynəlxalq İslam Vəhdəti Konfransının 29-cu toplantısı Dr. Ruhaninin çıxışı ilə öz işinə başlayır

8:20 - December 27, 2015
Xəbər sayı: 3469716
Siyasi şöbə: Beynəlxalq İslam Vəhdəti Konfransının 29-cu iclası bu gün səhər, həftənin bazar günü, İran İslam Respublikasının "prezidentlər sarayı"nda İİR-nın prezidenti Dr. Həsən Ruhaninin iştirakı ilə öz işinə başlayır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 29-cu Beynəlxalq İslam Vəhdəti Konfransı bu gün səhər, həftənin bazar günü, İran İslam Respublikasının "prezidentlər sarayı"nda İİR-nın prezidenti Dr. Həsən Ruhaninin iştirakı ilə öz işinə başlayır. Əziz İslam Peyğəmbərinin (s) viladət həftəsində "İslam dünyasının hazırkı problem və böhranları" devizi ilə baş tutan bu konfrans üç gün davam edəcəkdir.



Bu konfrasnda dünyanın 70 ölkəsindən 300-dən çox xarici qonaq iştirak edir. İran İslam Respublikasının "prezidentlər sarayı"nda İİR-nın prezidenti Dr. Həsən Ruhaninin çıxışı ilə başlayan konfrasn 3 gün davam edəcəkdir.



Konfransın haşiyəsində "müqavimətçi partiyalar", "elm və texnologiya", "elm ocaqları", "Müsai Həmidə", "İslam dünyasının hazırkı vəziyyəti 1 və 2", "İslam dünyasındakı problemlərin səbəbləri", "böhranlardan çıxış yolu", "ailə və qadın", "müqavimət alimləri", "tacirlər" və "cavanlar" mövzusu ilə 12 komissiya iclası da keçiriləcəkdir.



Həmçinin Ali Dini Rəhbər Həzrət Ayətullah Xameneinin "avropalı cavanlara məktub"unun şərh edilməsi üçün də xüsusi proqram nəzərdə tutulmuşdur.



Qedy edək ki, konfrasn üç gün müddətində İslami Məzhəblərin Yaxınlaşdırılması Dünya Birliyinin təfərinən keçirilir.



3469473

Teqlər: beynəlxalq ، vəhdət ، konfransının ، 29 ، cu ، iclası
captcha