İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Londonda İslami Məzhəblərin Yaxınlaşdırılması Dünya Birliyinin (Tərib) təşkil edtiyi "Məhəmmədi sevirəm" (Love Mohammad) seminarının 4-cü toplantısı Londonun Şərqşünaslıq universitetində (SOAS) keçirildi.
İngiltərə İslam Mərkəzinin direktoru Məhəmməd Əli Şimali London Universitetində keçirilən 4-cü "Məhəmmədi sevirəm" seminarında İŞİD terror qruplaşması başda olmaqla ifratçı qrupların rəftarları və cinayətlərini İslam dininin adına ləkə adlandırıb və deyib: Bu ifratçı qruplaşmaların rəftarları İslam peyğəmbərinin (s) sülh müraciətinə ziddir.
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının beynəlxalq fəaliyyətlərindən sayılan bu seminarın davamında İslam dininin bir rəhmət dini olması barədə kliplər yayımlanıb, Allaha və onun peyğəmbərinə eşq mövzusunda solo ifalar edilib.
4-cü "Məhəmmədi sevirəm" seminarı cari ildə vəhdət həftəsi ilə bir vaxtda Qlasko, Lestr və Lidz şəhərlərində də keçirilib və bu silsilə proqramların sonuncusu cümə axşamı London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq İnstitutunda keçirilib.
http://iqna.ir/fa/news/3467987







