IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İraqın baş naziriHeydər Əl-İbadi İŞİD-in artıq xeyli zəiflədiyini və ölkə ordusunun mütəmadi qələbə qazanmasını bildirib.
Heydər Əl-İbadi Ramadinin azadlığından sonra bəzi muzdlu medianın fəaliyyətinə də toxunaraq deyib: "Ramadinin azadlığından sonra medianın yenidən İŞİD lehinə işlədiyinin şahidi olduq. İraqda özünü partladanların çoxu iraqlı deyil. Hazırda Tikrit şəhərinin əhalisinin 90%-i evlərinə geri dönüb.
İraqın baş naziri İŞİD-in məhvinə kimi mübarizədən əl çəkməyəcəklərini önə çəkərək "Mən söz vermişəm ki, 2016-cı ilin sonuna qədər İŞİD tamamilə bu ölkədə məhv ediləcək. Amma bunu da deyim ki, terrorla mübarizə davam edəcək.” deyə danışıb.