IQNA, Maide.az-a istinadla xəbər verir ki, Belə bir açıqlama iləFransanın xarici işlər naziri Laurent Fabius çıxış edib. O,İsrail və Fələstin arasında danışıqların yenidən canlanacağı təqdirdə belə bir addım atacaqlarını söyləyib.Onun sözlərinə görə, Fransa İsrail-Fələstin problemlərinin həlli üzrə beynəlxalq konfransa sponsorluq etməyə hazırdır.
Konfrans bu ilin yazında İsrail, Fələstin, ABŞ, AB, Ərəb dövlətlərinin təmsilçiliyə ilə keçirilə bilər.
Fələstin administrasiyasının BMT-dəki daimi nümayəndəsi Riad Mansur Fransanın qərarını alqışlayıb, amma İsrail rejiminin reaksiyası soyuq olub.