IQNA

Rəmadidə ilk vəhdət cümə namazı qılındı

9:42 - February 06, 2016
Xəbər sayı: 3480137
Tehran, 06.02.2016 – Rəmadi şəhəri İŞİD işğalından azad olunandan sonra dünən ilk dəfə olaraq bu şəhərdə “Vəhdət Cümə Namazı” qılındı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ədnan əl-Fəhdavi (İraqın Əl-Ənbar əyalət şurasının üzvi) dünən xəbər verib ki, Rəmadi şəhəri İŞİD-in işğalından kamil şəkildə azad olunduqdan sonra, ilk dəfə olaraq bu şəhərdə şiə və sünni vəhdətini qoruyacaq Cümə Namazı təşkil edilib.

Ədnan əl-Fəhdavi (İraqın Əl-Ənbar əyalət şurasının üzvi) yerli məsulların, təhlükəsizlik xidmətlərinin və əhalinin iştirakı ilə qılınan bu Cümə Namazının vəhdət yaradıcısı olmasına işarə edərək dedi: Rəmadi şəhəri İŞİD işğalından azad olunduqdan sonra bu gün ilk dəfə olaraq şiə və sünnilər arasında vəhdət yaradan Cümə Namazına şahid oldu.

Dünən Rəmadi şəhərinin Cümə namazı "Rəmadi Came Məsci”dində sünni və şiələrin vəhdəti və qardaşlığı ilə qılınıb.

Qeyd edək ki, Rəmadi şəhəri 28 dekabr 2015-ci ildə tam olaraq İŞİD terroristlərinin işğalından azad edilmişdi.     

http://iqna.ir/fa/news/3472979

captcha