IQNA

Trampın yeni maraqlı iddiası:

Müsəlmanlar məni sevirlər

9:17 - February 09, 2016
Xəbər sayı: 3480157
Tehran, 09.02.2016 – Donald Tramp – ABŞ-ın president seçkilərinin namizədi, öz yeni və maraqlı iddiasında bulunaraq deyib ki, müsəlmanlar məni sevirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyli-ekspress” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ prezident seçkilərinə Respublikaçılar partiyasının namizədlərindən olan, miqrantlar və müsəlmanlar əleyhinə öz tünd və irqçi fikirləri ilə səs-küy salaraq məşhurlaşan və elə buna görə də milli və dini azlıqların hüquqları barədə Respublikaçılar arasında ixtilafa səbəb olan Donald Tramp müqəddimə seçkilər ərəfəsində öz mövqeyində gözəçarpacaq qədər dəyişiklik edərək iddia edib ki, müsəlmanları məni sevir və mənim çoxlu müsəlman dostlarım var.

Donald Tramp partiyadaxili hazırlıq seçkilərində çıxış edərkən idda edib ki, müsəlmanları məni sevir və 20-dən çox səmimi müsəlman dostum var.

O, İngiltərənin "Teleqraf” qəzetinin "müsəlmanlar size himayə edəcək, ya yox?” sualına verdiyi cavabda deyib: Müsəlmanlar məni sevir və mən 20-dən çox səmimi müsəlman dostumu sizə tanıtdıra bilərəm.

Bu iddiasına baxmayaraq o, onlardan birinin də adını çəkməyib.

Donald Tramp bundan öncə demişdi ki, prezident olarsa, müsəlmanların ABŞ-a girişinə müvəqqəti qadğa qoyacaqdır. Çünki onlar Amerikaya çox nifrət edirlər və bunu əməl və sözlərində aşkara göstərirlər. Buna görə də onların Amerika torpağına girişi qadağan edilməlidir.

http://iqna.ir/fa/news/3473783


captcha