İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) PRESS TV peyk kanalına istinadla verdiyi xəbərə görə, İŞİD həftənin birinci günü Səudiyyə Ərəbistanının paytaxtı Riyazda bomba qoyulmuş maşın vasitəsilə törədilən terror partlayışının məsuliyyətini öz üzərinə götürdü.
Səudiyyənin dövət xəbər agentliyinin verdiyi məlumata görə, dünən, Fevral ayının 8-də paytaxt Riyazda baş verən partlayış bir maşının sıradan çıxması ilə nəticlənib.
İŞİD social şəbəkələrdə bu partlayışın məsuliyyətini üzərinə götürərək əlavə edib ki, partlayış həmin maşına terrorçu ünsür tərəfindən bağlanmış bomba vasitəsi ilə törədilib.
Partlayış Əziziyə bölgəsində Səudiyyə vətəndaşına məxsus avtomobildə və onun evinin qarşısında baş verib.
Partlayış nəticəsində ölən olmasa da ətrafdakı evlərə və avtomobillərə ziyan dəyib və partlayış baş verən avtomobil Səudiyyə təhlükəsizlik xidmətinin əməkdaşının olub.
Bu terrorist qruplaşma 10 gün əvvəl də Şəriqyyə əyalətində bir məscidə terror hücumu etmişdirlər ki, bu hücumda 4 nəfər ölmüş və 18 nəfər isə yaralanmışdı.
http://iqna.ir/fa/news/3474126