IQNA

İndoneziyada `Əli ibn Əbi Talib (ə)` məscidinin açılışı oldu

11:02 - February 09, 2016
Xəbər sayı: 3480160
Tehran, 09.02.2016 – İndoneziyanın Cavə adasının Suku Herco əyalətinin Polo şəhərində Əhli -Beyt (ə) tərəfdarları üçün “Əli ibn Əbi Talib (ə)” adına məscidin açılışı olub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla verdiyi xəbərə görə, 100 nəfərlik məscid Quran və bəzi dini ədəbiyyatla təmin olunub.

Bu məscid xeyriyyə cəmiyyətlərinin maliyyə dəstəyi ilə tikilib. Məsciddə gündəlik namazlardan başqa, həmdə cümə namazı, bayram namazları, dini mərasimlər və həmçinin Quran dərsləri də təşkil olunacaq.

captcha