IQNA

İQNA-nın iclasında müzakirə edildi-1;

Fiqhi bəhanələr və Şiəofobiya adı altında zorakılıq İŞİD-in iki əsas xüsisiyyəti

14:02 - February 15, 2016
Xəbər sayı: 3480183
Tehran, 15.02.2016 – İslami Əlaqələr və Mədəniyyət Təşkilatının beynəlxalq əlaqələr müavini İQNA-da təşkil olunan iclasda İŞİD-in xüsusiyyətləri barədə danışdı.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Abbas Xaməyar - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının beynəlxalq əlaqələr üzrə müavini İQNA-nın mərkəzi ofisində təşkil olunan "İŞİD-in və təkfirçi cərəyanların gələcəyi” devizi ilə keçirilən iclasda təkfirçi terrorist qruplaşma olan İŞİD-in xüsusiyyətləri barədə danışarkən "Fiqhi bəhanə”lər və Şiəofobiya adı altında zorakılığı İŞİD-in iki əsas xüsisiyyəti olaraq göstərdi.

Abbas Xaməyar dedi: İŞİD fenomeni çox geniş bir cərəyandır ki, onun əsas qaynağı və mənşəyi Hicaz, Fars Körfəzi ölkələri və Ərəbistan yarımadasıdır.

O davam etdi: İŞİD-in İraq, Suriya və digər Orta Şərq ölkələrində sürətlə irəli getməsi agah müşahidəçilərin diqqətini bu fenomenə yönəltmişdir və oratda müxtəlif və maraqlı suallar yaranmışdır. O cümlədən "görəsən, biz sələfiçilik və təkfirçilik təfəkkürü ilə meydana yenidən atılmış əhl-sünnə oyanışı ilə üz-üzəyik”?! Görəsən, gələcəkdə bu fenomenlə uzun müddətdə qarşı-qarşıya qalacayıqmı? Görəsən, bu fenomen tarixidir? Əgər tarixidirsə, nə üçün bu gün və bu cür zahir olmuşdur? Görəsən, İŞİD və təkfirçilik bir müəmmadır, yoxsa, Orta şərqdə və əhl-sünnə aləmində siyasi, fikri və iqtisadi bir şəraitin doğduğu bir hadisədir?!

İslami Əlaqələr və Mədəniyyət Təşkilatının beynəlxalq əlaqələr üzrə müavini bu məsələni iqtisadi, siyasi, ictimai, mədəni, etiqadi və fikri köklərini araşdırmağın bir zərurət olduğunu vurğulayaraq dedi: Radikal və təkfirçi cərəyanlar, onların hərbi, siyasi və iqtisadi fəaliyyətləri və təbliğləri və əhl-sünnə cavanlarının təkfirçilərin vasitəsi ilə bir araya gətirilməsi və sistemləşdirilməsi bu gün Orta Şərqdə baş verən mühüm və əsas dəyişikliklərdəndir.

O əlavə etdi: İbn Teymiyyə və İbn Əbdül-Vəhabın etiqadi və dini təlimləri radikalizm, təkfirçilik və terrorizmin əsaslarını təşkil edir. Təkfirçilər dərin təfəkkürə malik olmadığı üçün onlar axirət səadətinə qovuşmaq üçün ən sadə və qısa yolu seçirlər. Və bu qısa yol istəyi də müxtəlif növ cinayətlərin yaranmasına səbəb olur.

Xaməyar dedi: Həmçinin dini məsələlərə səthi yanaşma və müasir cavanların nəfsi istəklərinin dalınca olması bu qruplaşmalara yeni cavan üzvlər cəzb etməyi də asanlaşdırıb. Hər bir təkfirçi özü elmi dərəcələri əxz etmədən, öz səthi fikri ilə dini mətnlərdən özü üçün istədiyi hökmü verə və icra edə bilir.

İslami Əlaqələr və Mədəniyyət Təşkilatının beynəlxalq əlaqələr üzrə müavini vurğuladı: Təkfirçilik təfəkkürü Məavəraün-nəhr, Xorasan və Şamda əsas mövqe tutmaqlarında baxmayaraq, hazırda heç bir coğrafiya tanımadan bütün dünyada və əsasən də İslam aləmində geniş şəkildə yayılmaqdadır.

Abbas Xaməyar əlavə etdi: İŞİD və təkfirçilər "zorakılıq”, "fətvalara əməl etməkdə korkoranəlik” və "həqiqətdən təsirlənməyi bacarmamaq” kim xüsusiyyətlər ilə tanınırlar. Onların nəzərində özləri təklif etdikləri din ən yaxşısıdır və onların əqidəsində olmayanı asanlıqla kafir və dindən xaric sayırlar. Onların bircini düşmənləri şiələr, sonra məsihilər, eyzədilər, kürdlər və s... dinlərin davamçılarıdırlar.

Xaməyar dedi: İŞİD və təkfirçilər öz vəhşi cinayətlərini dini mətnlərə və fiqhə əsasən qanuni göstərmək istəyirlər. Onlar o qədər vəhşidirlər ki, nəinki əqidədə onlarla bir olmayanlar, hətta siyasi və hərbi gedişatda da onlarla bir olmayanı rahatca kafir elan edir və tam vəhşiliklə öldürürlər. Onlar "qələbə qorxu yaratmaqla hasil olar” kimi "hədis”lərə səthi yanaşaraq bu qorxunu yaratmaq üçün hər bir cinayətə əl atırlar.

O dedi: Onlar İbn Teymiyyə və İbn Əbdül-Vəhabın fikirlərinə əsasən şiəlik ilə qatı düşməndirlər. Ərəbistanın məktəb proqramlarında belə dərsliklər şiəofobiya ilə doludur. İnsanlarının çoxu müasir elm və təhsil və həmçinin müasir yaşayış şəraitindən məhrum qalmış Ərəbistan kəndləri və digər ölkələrdəki məhrum məntəqələr İbn Teymiyyə və İbn Əbdül-Vəhabın fikir toxumlarını səpmək və təkfirçi yetişdirmək üçün ən münbit məkalardırlar... (ardı var).

http://iqna.ir/fa/news/3474770


Teqlər: iqna ، İŞİd ، təkfirçilik
captcha