IQNA

Xüsusi olaraq İQNA üçün;

İranın ən cavan doktrantura tələbəsi, həm də Quran hafizidir

17:50 - February 28, 2016
Xəbər sayı: 3480233
Tehran, 28.02.2016 – Məhəmməd Səid Bilkar Terhan universitetinin 17 yaşlı doktorantı Quran və Hədis Elmləri üzrə təhsilalır. O, Quran hafizi, qəzəlxandır və parkuar ilə məşğul olur.

İQNA-nın verdiyi xəbərə görə, neçə gün öncə "instirqam” social şəbəkəsində maraqlı bir xəbər yayılmışdı ki, Məhəmməd Səid Bilkar Terhan universitetinin 17 yaşlı doktorantı İranın Tehran universitetinin tarixində doktrantura pilləsində təhsil alan ən cavan tələbədir.

Bu barədə dəqiq məlumat əldə etmək üçün müxbirimiz onunla əlaqə saxlayaraq müsahibə üçün vaxt təyin etdi.

Məhəmməd Səid Bilkar Tehran universitetində Quran və Hədis Elmləri üzrə doktorantdır. Anası ona şəhid dayısının adını qoyub. Ailənin üçüncü və ən kiçik uşağıdır. Özündən böyük iki qardaşı var. 17 yaşı var, 1377-ci ilin Mehra ayının 22-də (1998-ci ilin Oktyabr ayı) anadan olub. Anası Quran Elmləri müəlliməsidir və qardaşı Quranı mövzular əsasında hifzdən bilir.

Anasının istəyi ilə "Cameətul-Quran” müəssisəsində Quran öyrənməyə gedib və 11 yaşından Quranı hifz etməyə başlayıb. 1 il və 3 ay ərzində bütün Quranı hifz edib. Quranın birinci cüzini hifz edərkən anası ona sözverdiyi "playsteyşn” oyununu alıb.

Öz fəaliyyətlərini Quran elmləri, təfsir, ərəb ədəbiyyatı istiqamətində davam elətdirib. 13 yaşında bakalavr diplomunu alıb. Hazırda isə həm Ərəb ədəbiyyatı və həmdə Quran Elmləri üzrə təhsil ilə bərabər tədris də edir.

Universitetin Bakalavr pilləsini həm Ərəb ədəbiyyatı və həm də İlahiyyat üzrə qurtararaq hər iki ixtisas üzrə diplom alıb.

Məhəmməd Səid həm də qəzəlxandır, 50-dən çox qəzəli var və şer deyir və həmdə parkur və "free running" idman növü ilə məşğuldur.

İndiyədək müxtəlif şəhərlərdə 200-dən çox Quran proqramı icra edib. Günün 17 saatını təhsil, tədris, tədqiq və idmanla məşğuldur.

Müsahibə etdi: Leyla Şərəf

http://iqna.ir/fa/news/3477999


captcha