IQNA

Tramp ilin islamofob insanı seçildi

23:18 - March 06, 2016
Xəbər sayı: 3480258
Tehran, 06.03.2016 – Britaniyada İslam meyilli bir mərkəz ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Donald Trampı 2016-cı ilin ən islamofob siması kimi təqdim etdi.

Tramp ilin islamofob insanı seçildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "time" nəşriyyəsinin internet portalına istinadla verdiyi xəbərə görə, dünən, 05.03.2016-cı il, ABŞ-ın respublikaçılar partiyasının hamıdan irəlidəgedən namizədi Donald Tramp Britaniyada İslam meyilli bir mərkəz tərəfindən 2016-cı ilin ən islamofob siması kimi təqdim edildi.

ABŞ-ın respublikaçılar partiyasının hamıdan irəlidəgedən namizədi Donald Tramp İslami İnsan Haqları Təşkilatı tərəfindən London şəhərində keçirilən "İSLAMOFOBİYA MÜKAFATI" komediya proqramı çərçivəsində 2016-cı ilin ən islamofob siması kimi təqdim edildi.

Məsud Şəcərə - London İslami İnsan Haqları Təşkilatı rəisi dedi: Çox pis haldır ki, bu cür təkəbbürlü, nifrətçi, kinçi, irqçi və təhrikedici danışığı olan bir şəxs siyasi meydana ayaq qoyur. Bundan da pis hal budur ki, seçicilərin də əksəriyyəti belə bir adamı himayə edirlər.

London şəhərində keçirilən "İSLAMOFOBİYA MÜKAFATI" komediya proqramında 2016-cı ilin İSLAMOFOB mükafatına layiq görünənlər arasında Gert Vaylderz (Hollandiyanın sağçı və irqçi siyasətçisi) və Tacikistan dövləti də vardır. Bundan əlavə bu mükafat İngiltərnin baş naziri Deyvid Kamerona da aiddir.

İslami İnsan Haqları Təşkilatı bu proqramın islamofobiya ilə mübarizəsi üçün nəzərdə tumuşdur. Buna görə də bu təşkilat bu problemin həllində incəsənətdən istifadə etmək qərarında gəlmişdir.

http://iqna.ir/fa/news/3481130


Teqlər: abş ، amerika ، tramp
captcha