IQNA

Azərbaycanlı şiə ruhaninin həbs müddəti uzadıldı

23:22 - March 08, 2016
Xəbər sayı: 3480265
Tehran, 08.03.2016 – Dövlətin dinə məhdudiyyət yaratmasına etiraz etdikləri üçün həbs olunmuş azərbaycanlı şiə ruhani hacı Zülfüqar Mikayılzadənin və digər ruhanilərin həbs müddəti artırıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aran nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, son aylarda dövlətin dinə məhdudiyyət yaradan qanunlarına etiraz etdikləri üçün həbs olunmuş azərbaycanlı şiə ruhani və Quran hafizi Zülfüqar Mikayılzadənin və digər ruhanilərin həbs müddəti artırıldı.

İslamazeri.az-ın əldə etdiyi məlumata görə, ötən il Nardaran hadisələrindən bir neçə gün sonra həbs olunan ilahiyyatçı HacıZülfüqar Mikayılzadənin həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır.

Qeyd edək ki,Zülfüqar Mikayılzadə 2010-cu ildə AİP üzvlərinin həbs olunması zamanı həbs olunmuş, 2011-ci ilin oktyabr ayında 5 ilsınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunmuşdu.

Şərti müddətinin bitməsinə bir ay qalmış, Nardaran olayları zamanı evində saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə isə, onun haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçmişdi.

Onuda qeyd edək ki,Zülfüqar Mikayılzadə ilahiyyatçı olmaqla yanaşı, Quran hafizi, Quran və hədis elmləri üzrə mütəxəssis alimdir.

Bundan əlavə eyni ittihamlarla həbs olunmuş Tale Baqirzadə, Fərhad Mirzə və Elgün Axundun da həsb müddəti uzaldılmışdır.

http://iqna.ir/fa/news/3481825


Teqlər: azərbaycan ، iqna ، zülfüqar
captcha