IQNA

Britaniyanın əhl-sünnə alimləri:

İŞİD ilə mübarizədə sünni və şiə qanının biri-birinə qarışması İraqdakı milli vəhdətin göstəricisidir

15:50 - March 10, 2016
Xəbər sayı: 3480271
Tehran, 10.03.2016 – Britaniyanın əhl-sünnə alimləri vurğuladı: İraqın Tikritin Zəluiyyəsində sünni və şiələrin qanının biri-birinə qarışması göstərdi ki, İraqda müsəlmanlar "milli vəhdət" yaradıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın "NUN" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Britaniyanın əhl-sünnə alimləri birliyi bəyaniyyə yayaraq vurğulayıb ki, İraqın Tikrit şəhərinin cənub məntəqisi olan Zəluiyyədə sünni və şiələrin İŞİD terrorçuları ilə savaşda qanlarının biri-birinə qarışması göstərdi ki, İraqda müsəlmanlar "milli vəhdət" yaradıblar.

"NUN" xəbər agentliyinin məlumatında bilidirilir ki, Britaniya əhl-sünnə alimlərindən ibarət bir heyət keçən həftənin axırlarında İraqa səfər edərək Bağdad, Kərbəla, Nəcəf, Kazimeyn və digər şəhərləri gəzmiş, müqəddəs ziyarəthaları ziyarət etmiş və ziyarətgahların rəyasət heyəti və şiəv ə sünnilərin tanınmış alim və ruhaniləri ilə görüşlər keçirmişlər.

Əhl-Sünnə alimlərindən ibarət bu heyət İraqın Tikrit şəhərinin cənubunda "Zəluiyyə" əhalisi ilə görüşdə çıxışlar etmiş və çıxışları zamanı vurğulayıblar ki, Zəluiyyədə sünni və şiələrin İŞİD terrorçuları ilə savaşda qanlarının biri-birinə qarışması göstərdi ki, İraqda müsəlmanlar "milli vəhdət" yaradıblar və sizin aranızdakı vəhdətin ən yaxşı dəlili də elə budur – terrorçulara qarşı birgə mübarizə etmək.

Britaniya əhl-sünnə alimlərindən ibarət bu heyət dağılmış və xarabaya çevirilmiş rayonları da gəziblər, İŞİD terroristlərinin din və məzhəb tanımadan törətdikləri cinayətlərin yaxından şahidi olublar.

Bu səfər çərçivəsində Səlahuddin əyalətində çıxış edən Məhəmməd ibn Ömər (Londonun Ramazan müəssisəsinin rəisi) şiə və sünnilər arasında vəhdətin zərurət və əhəmiyyətindən danışaraq dedi: Təkfirçi təfəkkürünün biricin qurbanları bizim Pakistan və Əfqanistanda yaşayan qardaşlarımız olublar. Bu ölkələrdə baş verən hadisələrin kopisi eyni ilə İraqda da baş verir.

http://iqna.ir/fa/news/3482071


Teqlər: İraq ، sünni ، şiə ، iqna
captcha