İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misrin "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Əl-Əzhər şeyxinin müşavir və məsləhətçisi Məhəmməd Məhna bir tv proqram ilə müsahibədə Əhməd Təyyibin – Əl-Əzhərin şeyxi, həmişə anti-Şiə hərəkətlər və cərəyanlar barədə xəbərdarlıq etdiyini deyərək vurğuladı: Firqəçilik, məzhəbçilik və təriqətçilik bu gün Ərəb dünyasının yaxasını tutmuş ən təhlükəli bəladır, buna görə də Əl-Əzhər bir gün olsun belə şiəliklə mübarizə fikrində olmamışdır.
Əl-Əzhər şeyxinin müşavir və məsləhətçisi Məhəmməd Məhna Misirin "əl-Həyat" peyk kanalı ilə telefon müsahibəsində Əhməd Təyyibin – Əl-Əzhərin şeyxi, həmişə anti-Şiə hərəkətlər və cərəyanlar barədə xəbərdarlıq etdiyini deyərək vurğuladı: Əl-Əzhərin Şeyxi hər dəfə şiə və sünni alimlərinin toplantı keçirməsində təşəbbüskar olmuş və bu dəfə də belə bir toplantının olmasını irəli sürmüşdür, bu toplantılarda anti-şiə hərəkatlar barədə xəbərdarlıq etmişdir. Xüsusilə də təfriqəçilik və məzhəbçilikdən doğan bəlalar, qətliamlar və terrorlar İraq və digər Ərəb ölkələrinin yaxasını tutduğu bir zamanda şiə və sünni söhbəti ilə aranı qızışdırmaq heç bir ölkənin məsləhətinə deyil.
Məhəmməd Məhna əlavə etdi: Əl-Əzhər universiteti Əhl-Sünnə məzhəbi əsasında idarə olunsa da burada tamam məzhəblər, o cümlədən Şiə məzhəbi tədris olunur. Amma şiəliyin siyasi xəttinə bu mərkəzdə yer yoxdur.
Əl-Əzhər şeyxinin müşavir və məsləhətçisi dedi: Əl-Əzhər İslam Mərkəzi bütün İslam ümməti üçün bütün məzhəbləri ilə birlikdə dini mərkəz sayılır. Buna görə də Əl-Əzhər bir gün olsun belə şiəliklə mübarizə fikrində olmamışdır. Bu mərkəz din qarşısında tarixi, elmi və əqidəti baxımdan məsuliyyət daşıyır və həmişə dindən siyasi cəhətdə istifadə etməyi rədd etmişdir.
http://iqna.ir/fa/news/3482075