IQNA

BƏƏ-də "ən gözəl tərtil" Quran yarışları keçiriləcək

23:24 - March 12, 2016
Xəbər sayı: 3480275
Tehran, 12.03.2016 – BƏƏ-nin "Ən Gözəl Tərtil" Quran yarışlarının 10-cu turunun ilk mərhələsi cari ilin Aprel ayının ortalarında Dubay şəhərində başlayacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi "VAM" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin "Ən Gözəl Tərtil" Quran yarışlarının 10-cu turunun ilk mərhələsi cari ilin Aprel ayının ortalarında Dubay şəhərində başlayacaqdır.

BƏƏ-nın "Dubay Mükafatı" Beynəlxalq Quran Müəssisəsi cari ilin Aprel ayında ilk mərhələsi keçiriləcək "Ən Gözəl Tərtil" Quran yarışlarının 10-cu turuna qeydiyyat aparmağa başlamışdır.

"Ən Gözəl Tərtil" Quran yarışlarında iştirak etmək istəyənlərin bu gündən başlayaraq Aprel ayının 12-dək qeydiyyatdan keçmək fürsətləri vardır. Qeydiyyatdan keçmək üçün bu müəssisənin saytına müraciət edilməlidir.

Bu yarışlar 13 yaşından aşağı olan "yeniyetmələr", 13 yaşından 25 yaşınadək cavan oğlanlar, "məscid imamları" və "azan və iqamə" deyənlər arasında keçiriləcəkdir.

"Ən Gözəl Tərtil" Quran yarışlarının ilk mərhələsi Aprel ayının 18-də başlayacaqdır. Yarışların final mərhələsi isə yuxarıda göstərilən qrupların qaliblərinin iştirakı ilə cari ilin May ayının əvvəllərində keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3482274


captcha