IQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, almaniyalı yazıçı və mütəfəkkir Yohann Volfqanq Quran-Kərimdən bəzi surələri öz dəstxətti ilə özü üçün yazmışdır. Onun dəsxətti ilə yazılmış "Nas" surəsi ilk dəfə olaraq yayılmışdır. Bu isə tarixdə deyildiyi kimi bu tanınmış düşünər və alimin İslam dini və Qurana eşq və əlaqəsinin göstəricisidir.
İoqann Wolfgang Von Höte (1749 – 1838) alman ədəbiyyatina ilk modern şeri gətirmişdir. Onun yaradıcılığı XVIII əsrin sonu XIX əsrin əvvəlində milli alman mədəniyyətində hakim mövqe tutur. Hötenin həyat fəaliyyətini və ədəbi irsini öyrənənlər etiraf edirlər ki, Hötenin yaradıcılığı, onun fəlsəfi - ədəbi və elmi əsərləri almanlar üçün elə əhəmiyyətli rol oynayır. Hötenin həyati əqidəsinin əsas sübutu, onun dostlarına və yaxınlarına yazdığı çoxsaylı məktublar, həmçinin 1771-1772 -ci ildə oxuduğu Müqəddəs Quran və böyük şərq şairi və mütəfəkkiri Şəmsəddin Məmməd Hafiz Şirazinin "Divanı”nın bağışladığı güclü təəssüratın nəticəsində qələmə aldığı "Qərb - Şərq Divanı”nda olan silsilə şerləridir.
Bəşəriyyətə "Faust" kimi ölümsüz bir əsər bəxş edən bu dahi almanı İslam dünyasında Məhəmməd peyğəmbərin, "Qurani-Kərim"in aşiqi kimi tanıyırlar. Ensiklopedik mənbələr isə Göteni şair-dramaturq, mütəfəkkir və naturialist kimi təqdim edir.
Bütün ömrünü Göteni araşdırmağa sərf edən Katerina Momzen – "Oxford universiteti"nin ustadı, 2011-ci ildə Göte haqqında qələmə aldığı araşdırmalardan birində (Göte və İslam kitabında) müsəlmanları daha da riqqətə gətirən kiçik bir əhvalat nəql edir:
Göte ömrünün sonlarına yaxın daha çox islama meyillənmiş, ərəb əlifbasını və "Qurani-Kərim"i daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Hətta Götenin İslam dinini qəbul etməsiylə bağlı düşüncəyə qapılanlar var. Çünki, Göte dostu, alman şairi Ekkermana yazdığı məktublarda İslama isti münasibət göstərdiyini və araşdırdığını deyir. Eyni zamanda Qərb ziyalılarını ilahi varlıq haqqında bilgisizlikdə suçlayır. Hətta məktubdakı bəzi anlaşılmaz fikirləri oxuyan müsəlman araşdırmaçıların Götenin müsəlman olmasına əminlikləri artır. Məsələn, Göte Ekkermana yazır: "Mən bir müsəlman kimi Onu yüzlərlə ad ilə çağırmağı xoşlayıram, amma yenə Onun saysız sifətləri qarşısında acizliyimi görüb susuram". Daha bir fakt isə, müsəlman dünyasını daha çox ümidləndirir. Katerina Momzen yazır ki, "Göte həyatla vidalaşdığı anlarda öz sinəsinə "W" işarəsi yazmışdır. Çoxları belə güman etmişlər ki, bu, şairin adının - Wolfgang sözünün baş hərfidir. Lakin bu əslində ərəbcə yazılmış "Allah" sözü olmuşdur. Götenin ərəbcə yazmaq bacarığını isə o zaman hamı bilirdi.
Məhəmməd Əxgərin həmin kitabdan tərtib etdiyi məqalədə Götenin Quranın vəsfində belə yazdığı vurğulanır: "Quranın üslubu əzəmətli, güclü, dərin mənalıdır və bu kitab heyrətləndirici həqiqətlərlə doludur".
Son günlərdə isə Götenin dəsxətti ilə yazılmış "Nas" surəsi ilk dəfə olaraq Əli Mucani tərəfindən yayılmışdır. Bu isə tarixdə deyildiyi kimi bu tanınmış düşünər və alimin İslam dini və Qurana eşq və əlaqəsinin göstəricisidir.
http://iqna.ir/fa/news/3484773