İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "amu" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, 04 Aprel 2016-cı il, Hindistanın "Əligər İslam Universiteti"ndə "Müasir təfəkkürdə Quranın Mənəvi və İctimai Təlimləri" adlı Beynəlxalq Quran-Kərim Konfransı başladı.
İki gün müddətində keçiriləcək bu konfrans "Əligər Universiteti"nin "Qurani və Hərbi Araşdırmalar Mərkəzi" tərəfindən keçirilir.
Professor Əxtər əl-Vəsi – Hindistan dövlətinin "dil azlıqları üzrə komissarı", bu konfransın açılış mərasimində ilk çıxışı edəcəkdir.
Konfransda "Quran-Kərimin hüquqi diskusiyalara baxışı", "Quran-Kərim Həzrət Məhəmmədin (s) və əshablarının əməl etdiyi kimi", "Quran-Kərimin estetik aspektləri" və "Quran elmləri ictimai elmlərin təsərində" kimi mövzular araşdırılacaqdır.
Hindistan universitetlərinin və digər ölkələrin ustadları və qonaqlar bu konfransda çıxış edəcəklər.