IQNA

Quran ayələri və Xaç simvolunu birləşdirən məscidin sirri + FOTO

11:52 - April 15, 2016
Xəbər sayı: 3480329
Tehran, 15.04.2016 – Misrin "Ər-Rifai" məscidi insanların marağını özünə çəkən tarixi məscidlərdən biridir ki, bu məscidin ön xarici görünüşü Quran ayələri və "xaç" simvollarını özündə birləşdirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əl-vəfd" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirdəki "Ər-Rifai” məscidi ilk baxışdan hər kəsin diqqətini özünə cəlb edir, ona görə ki, məscidin üzərində həm Quran ayələri və həmdə xaç simvollarını görmək olar.

Misirin Qahirə şəhərinin Əl-Xəlifə bölgəsində yerləşən bu məscidin üzərindəki Quran ayələri ilə xaç simvolunun birləşməsi ilə bağlı müxtəlif söyləntilər var.

Bəziləri deyir ki, məscidin memarı Avstriyalı olduğu üçün bilərəkdən xaç simvolları və Quran ayələrini məscidin tikintisində istifadə edib. Məscid 1869-1912-ci illər ərzində tikilib. Dünyanın ən gözəl məscidlərindən biri hesab olunur.

Digərləri isə hesab edir ki, bu, məscidin tikildiyi dövrdə dini tolerantlığın olmasının göstəricisidir.

http://iqna.ir/fa/news/3488695






Teqlər: rifai məscidi ، misr ، qahirə ، iqna ، xaç
captcha