IQNA

Zaqatalada vəhhabilərə qarşı əməliyyat keçirilib

12:53 - April 26, 2016
Xəbər sayı: 3480376
Tehran, 26.04.2016 – Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) İslam.az-a istinadla xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.

Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

captcha