IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Laricani qəbulda İranın nüvə hüquqlarını başqa ölkələrin bu haqqı əldə etmələrinin qarşısını almayacaq şəkildə müdafiə etdiyini ifadə edib.
Terror probleminə toxunan Əli Laricani terrorun qarşısını almaq üçün bütün ölkələrin beynəlxalq imkanlardan istifadə etmələrinin lazım olduğunu vurğulayıb.
Görüşdə Sendik də İran və Uruqvayın böhranlı bölgələrdə yerləşdiyini, lakin iki bölgənin böhran növlərinin fərqli olduğunu bildirib.
Sendik həmçinin, ölkələrin demokratiya prosesinə dəstək vermək və beləcə millətlərin sülh və əminamanlıq içində yaşamalarına zəmin yaratmaq lazım olduğunu qeyd edib.