IQNA

Sinqapurda Qurban bayramında xüsusi məscid açılacaq

9:12 - May 02, 2016
Xəbər sayı: 3480401
Tehran, 02.05.2016 – Məscid sentyabr ayında qapısını ibadət edənlərin üzünə açacaq.
Sinqapurda Qurban bayramında xüsusi məscid açılacaq

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi)  İslamazeri-ə istinadən xəbər verir ki, Sinqapurun əsas məscidinin tikinti işləri artıq 90 % tamamlanıb. "Maarof" məscidi öz qapılarını sentyabr ayında müsəlmanların üzünə açacaq.

2,500 kvadratmetr sahəsi olan məscid, 4,500 nəfər üçün nəzərdə tutulub. Məscidin fərqləndirici xüsusiyyəti odur ki, övladları ilə gələn valideynlər üçün hər cür şərait yaradılacaq.

Məbəd ərazisində oyun sahəsi və südəmər körpələrin əmizdirilməsi üçün xüsusi yerlər də olacaq. Bundan əlavə məscid pandus ilə də təchiz ediləcək və yaşlı və əlil insanlar üçün istirahət zonaları da düzəldiləcək.

Qeyd edək ki, Sinqapurun əhalisi 2012-ci ildə aparılan hesabalmalara görə 5 312 400 nəfərdirdir. Müsəlmanlar əhalinin 17, 18 faizini təşkil edir.

captcha