İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, dünən səhər çağından (02.05.2016) Malaziyanın beynəlxalq Quran yarışları rəsmi şəkildə öz işinə başladı və iştirakçılar yarışlar salonunda öz yerlərini tutaraq Quranın hifzi üzrə müsabiqə və rəqabətə başladılar.
Xüsusi müxbirinin verdiyi xəbərə görə, Malaziyanın "CAKİM" adlanan beynəlxalq Quran-Kərim yarışlarının 58-ci turu dünən səhər vaxtı Quran-Kərim yarışları salonunda Quran-Kərimin hifzi üzrə öz işinə başlamışdır.
Dünən səhər başlayan bu yarışlar cari həftənin cüməaxşamı gününədək (05.05.2016) davam edəcəkdir.
Malaziyanın bu yarışlarında iştirak edən 69 ölkənin çoxu Quran-Kərimin hifzi və qiraəti üzrə nümayəndə göndərsə də İran İslam Respublikasının hifz bölməsində boş yeri görünməkdədir.
İQNA-nın xüsusi müxbirinin verdiyi xəbərə görə, həftənin ikinci, üçüncü və dördüncü günləri Quran-Kərimin hifzi üzrə yarışlar səhər növbəsində hər gün yerli vaxtla saat 9:00-dan 11:00-dək keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3494343